top of page

Müsabiqənin Qaydaları

  1. Müsabiqə ancaq qadınlar üçün nəzərdə tutulmuşdur.

  2. Müsabiqə üçün təqdim olunan yazılar

    1. elmin bütün sahələri üzrə, habelə elmin fəlsəfəsi, sosiologiyası, qanunvericiliyi, akademiya quruluşu haqda ola bilər.

    2. ancaq birincil mənbələrə istinad edilərək yazılmalıdır (youtube, elmi-kütləvi vebsaytları mənbə olaraq göstərən yazılar nəzərə alınmayacaq). Müəllif hüquqlarını kobud şəkildə pozan yazılar müsabiqədən kənarlaşdırılacaqdır.

    3. müvafiq mövzunu akademik və eyni zamanda adi insanlar üçün maraqlı şəkildə ələ almalı və kifayət qədər inkişaf etdirməlidir.

    4. təsviri məlumatlardan daha çox müəyyən elmi konseptlərin izahına yönəlik olmalıdır.

    5. 1500-3000 söz aralığında olmalıdır.

    6. heç bir irqçilik, seksizm və başqa ayrıseçkilik ifadə edən fikirlər ehtiva etməməlidir.

  3. İştirakçılar 15 İyul, 2016 tarixinədək yazılarını info@elmispektr.com email ünvanına göndərməlidirlər.

    1. Yazının sonuna avtobioqrafiyanızı (təhsil, əlaqədar iş təcrübəsi və elmi maraqlarınızı əhatə edən bir neçə cümlə) əlavə etməyiniz gərəklidir.

  4. Yazıda istifadə olunan şəkil, qrafik, cədvəl və s. əlavə köməkçi elementlərin mənbələri mütləq göstərilməlidir.

  5. Müsabiqəyə bir və ya bir neçə yazı ilə qoşula bilərsiniz. Lakin, müsabiqədə hər bir iştirakçı ancaq bir mükafat qazana bilər.

  6. Başqa jurnalda, vebsaytda və s. halda daha əvvəl yayınlanmış yazılar müsabiqəyə qəbul edilmir.

  7. Yazılar jurnalın redaksiya heyəti tərəfindən dəyərləndiriləcəkdir.

    1. Dəyərləndirmə yazıların yuxarıda qeyd etdiyimiz tələblərə uyğunluğu, üslubu (oxunurluğu), istifadə olunan mənbələrin güvənilirliyi kimi meyarlar üzərindən aparılacaqdır.

  8. Redaksiya heyəti tərəfindən seçilən ən yaxşı üç yazı müvafiq sıra ilə 100, 75 və 50 AZN məbləğində pul mükafatı ilə təltif ediləcəkdir.

  9. Mükafata layiq görülən yazılar jurnalın növbəti sayında dərc ediləcəkdir. Uyğun görüldüyü təqdirdə mükafat almayan, lakin redaksiya heyəti tərəfindən bəyənilən digər yazılar da növbəti sayılarda paylaşıla bilər.

  10. İştirakçılar müsabiqəyə qoşulmaqla yazılarının çap olunacağı təqdirdə redaksiya olunmağına və bu prosesdə aktiv iştirak etməyə razılıq verirlər.

    1. Əks təqdirdə yazı müsabiqə prosesindən kənarlaşdıralacaq və sıralamada yeri növbəti ən yaxşı yazı ilə əvəzlənəcəkdir.

    2. Mükafatlar iştirakçılara yazı dərc edilməyə tam hazır vəziyyətdə olduqdan sonra veriləcəkdir.

  11. Yazılar Azərbaycan dilinin qrammatikasına və jurnalın yazı üslubuna uyğun olmalıdır. Jurnalda əvvəllər yayınlanmış yazılara nəzər salmağınız tövsiyə olunur.

bottom of page