top of page

İzzət Orucova

İzzət Orucova 1909-cu ildə Bakıda anadan olmuşdur. Uzun illər V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləmişdir. Daha sonra həmin institutun nəzdindəki Neft Kimya Prosesləri İnstitutununda laboratoriya müdiri (1959-1967), Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru (1967-1971), Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri (1971-1983) kimi fəaliyyət göstərmişdir. İzzət Orucova Azərbaycanın ilk qadın kimyaçısı kimi ölkənin elm tarixində həddən artıq mühüm yerə malikdir. O, həmçinin, Cəfər Cabbarlının eyniadlı əsərləri əsasında çəkilən Sevil Almaz filmlərində baş rol ifaçısı kimi kino tariximizə ilk qadın kinoaktrisa olaraq da keçmişdir.

bottom of page